YƏMƏNDƏ HÖKUMƏT İSTEFAYA GETDİ
22.01.2015 676 0.0 0

Yəmənin şimalında təsir imkanları geniş olan şiələrdən ibarət Husi hərəkatı, Yəmənin Sünni iqtidarının yerli  azlıqları sıxışdırmaqda ittiham edərək daha çox haqq və muxtariyyət üçün 2004 dən bəri Ordu qüvvələri ilə əməkdaşlıq edir.
 
 Xarırladaq ki,  Uzun müddətdir siyasi qarşıdurmaların davam etdiyi Yəməndə prezident Abdurabbu Mansur Hadinin aparat rəhbəri Əhməd Avad bin Mübarəkin 17 Yanvarda qaçırılmasıyla təkan götürən gərginlik, Husilərin Prezident Sarayı ilə Hadinin Sittin Prospektindəki iqamətgahına hücumuyla daha da sürətləndi. Bu proseslərdən ardınca Husilərin Prezident Sarayına girdiyi bildirilmi və nəticədə Husi Ensarullah Hərəkatı döyüşçülərinin paytaxt Sənədəki Prezident Sarayına təşkil etdiyi hücumlarda 18 adamın öldüyü, 96 adamın yaralandığı bildirilmişdi.
 
Daha sonra Husi Ensarullah Hərəkatı ilə prezident Hadi arasında, konstitusiya layihəsində dəyişikliyə gedilməsi, Barış və Milli Tərəfdaşlıq müqaviləsinin həyata keçirilməsi və təhlükəsizlik sahəsində yaşanan çətinliklərin ən qısa zamanda aradan qaldırılması mövzularında razılaşma təmin edildiyi açıqlanmışdı. Ayrıca Husilərin bin Mübarəyə həbs olunmayacağı haqda təminat verdiyi də bildirilmişdi.
 

Adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir hökumət səlahiyyətlisi, AA müxbirinə verdiyi məlumatda , Xalid Məhfuz Bahhahı başçılıq etdiyi hökumətin istefasını artıq prezident Abdurabbu Mənsur Hadiyə təqdim etdiyini bildirib.
 
Əlavə olaraq bildirək ki,
şiə Husilərinin Yəməndə son törətdiyi hadisələrdə   İranın dəstəklədiyi iddia edilib. Gərginlik üçün Tehran-Riyad arasında çəkişmələr kimi  şərhlər də yer alıb.
 
Bu gün İstanbulda olan İran Məclis Başçısı Əli Laricani isə "İran Husiləri dəstəkləyir mu?" sualına , "Bu səthi bir yanaşmadır. Bölgənin problemləri dərindir. İran bölgədə hər zaman demokratiyanı dəstəkləmişdir. Bizim bölgədə imperiya qurmaq kimi bir hədəfimiz yoxdur. Husilər dediyinizdə, bunlar Yəmən xalqının böyük bir hissəsidir. Bu gün aldığımız xəbərlərə görə özləri razılaşmışlar. Biz istəyirik ki daxildə özləri anlaşsın və bir nəticəyə varsın. biri düşəcək biri qalacaq; bizi bunlar maraqlandırmaz. " deyə münasibət bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar