Xuan Quaydo Nikolas Maduro ilə görüşə hazır olduğunu bildirib
05.07.2019 472 0.0 0

Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, o, ölkə prezidenti Nikolas Maduro ilə danışıq aparmağa hazırdır.

Bu barədə TASS-a istinadən xəbər verilir.

Quaydonun sözlərinə görə, müxalifət “diktatorla danışıqların aparılması” barədə qərar qəbul edib.

"Əgər biz gərginliyin azalmasının üsulu kimi (danışıqlardan–red) istifadə edə biləcəyiksə,şübhəsiz, onlardan istifadə edəcəyik", - deyə Quaydo vurğulayıb.

O, həmçinin Venesuelada beynəlxalq müşahidəçilərin iştirakı ilə yeni seçkilərin keçirilməsində təkid edib.

Daha əvvəl Venesuela müxalifətinin lideri dövlət çevrilişinə cəhdin təşkilində özünün iştirakı ilə bağlı ittihamları rədd edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar