Xoşqədəmin yeni verilişi (VİDEO)
03.11.2015 890 0.0 0

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı efirə geri qayıdır. ANS televiziyası növbəti möhtəşəm layihə hazırlayır. 
Aparıcı yeni layihə ilə onu sevənlərin qarşısına gələcək. Xoşqədəm Hidayətqızı yeni verilişi haqqında məlumat verib.

Məşhur aparıcının yeni verilişi "Deməsək olmaz" adlanır. ANS TV-nin aparıcısı yeni verilişi haqqında məlumat verib: 

“Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Düzdür bir az dincəldik (gülür), çünki kollektiv bütün yayı “Səni axtarıram” verilişinə görə demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq.” 

 

 


"Deməsək olmaz " verilişin anonsu 


Veriliş həftə içi hər gün saat 16:20-də yayımlanacaq. Aparıcı efirdə maraqlı qonaqları olacağını da qeyd edib. “Diqqət ANS-ə yönələcək, necəki yönəlmişdi”. 

Milli Televiziya və Radio Şurası X.Hidayətqızının “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımını dair qərar qəbul edib.

Xoşqədəm Hidayətqızı 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar