Xoşqədəm: Onu «balam» kimi sevmişəm (VİDEO-FOTO)
15.04.2015 770 0.0 0

 

 

"Layihəmiz artıq ANS-də davam edəcək. Mən buraya öz komandamla gəlmişəm. Yenidən hər bazar günü saat 22:00-da birlikdə olacağıq". 

Məlumata görə, bunu "Günə Baxan"ın qonağı olan tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bildirib. O həmçinin qeyd edib ki, formatda yeniliklər, dəyişikliklər olacaq, amma missiya, məqsəd eyni qalacaq. 

"Əvvəlki qaydada axtarışlar olacaq. Biz yenə müraciət edən insanlara kömək edəcəyik, onların doğmalarını axtaracağıq. Bu dünyada qazanılan ən böyük qazanc tamaşaçıların sevgisidir. Layihəni yaradarkən heç vaxt pul haqqında düşünməmişəm. Onu “balam” kimi sevmişəm. Bu müqəddəs layihə pul mənbəyinə çevrilməməlidir". 

Onun sözlərinə görə, dünən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və vitse-prezdent Mirşahin Ağayevlə görüşüb. Aparıcı bu görüşdən çox razı qaldığını, çox mehriban qarşılandığını deyib. 

X. Hidayətqızı həmçinin qeyd edib ki, o, həmişə olduğu kimi tamaşaçıların dəstəyinə güvənir və onların dəstəyini gözləyir. "Mən həmişə tamaşaçılara güvənmişəm. Çünki tamaşaçı məni seçib. Mən bu gün tamaşaçılara bir daha inandım", - deyə o əlavə edib./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar