Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib
23.10.2016 1487 0.0 0

Xorvatiya prezidenti  Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycana a rəsmi səfərə gəlib.
 
Məlumata görə,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında  baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar