Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub
19.02.2022 329 0.0 0

Azərbaycan Ordusunun Xocavənd rayonunun  Tağaverd kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar