Xızıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb-FOTO
30.05.2016 1966 0.0 0

Ötən gün axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərasinində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
 
Bu barədə Xızı rayon Polis Şöbəsindən məlumat verilib.
 
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb.
 
Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.
 
Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb./apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar