Xırdalanda ticarət obyektləri yandı
12.06.2015 810 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə İstinadla bildirir ki, Abşeron rayonu, Xırdalan şəhərində bir-birinə bitişik bir neçə ticarət obyektində yanğın hadisəsi baş verib.

Məlumata görə, vətandaşlara məxsus bir dam altında tikilmiş birmərtəbəli, mansard tipli, ümumi sahəsi 100 kv.m olan ticarət obyektində, sahəsi 70 kv.m olan kafenin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə, ümumi sahəsi 30 kv.m olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları, sahibi məlum olmayan ümumi sahəsi 30 kv.m olan ev alqı-satqısı ofisinin tavanı 6 kv.m sahədə və ümumi binanın mansardı 100 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Ticarət obyektinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:56-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar