Xarici vətəndaş Azərbaycanda özünü öldürüb
11.04.2016 566 0.0 0

Bakıda əcnəbi qadın intihar edib.

 

Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Badamdar yolu 121 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Orada kirayədə yaşayan, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı, 1978-ci il təvəllüdlü Remadje Moarom Nikole evin pilləkən qəfəsindən özünü asıb. İki uşaq anası olan qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Polisdən həmçinin bildirilib ki, intihar edən qadının əri Azərbaycanda fəaliyyət göstərən özəl neft şirkətlərindən birində məsul vəzifədə çalışır.

 

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar