Xarici diplomların tanınması qaydaları ilə bağlı təkliflər paketi hazırlanıb
21.01.2016 643 0
Xarici ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) qaydaları ilə bağlı Nazirlər Kabinetinə təkliflər paketi təqdim edilib.
Xəbərə görə, təkliflər paketində xarici ali təhsil sənədlərinin tanınması zamanı əmək bazarına çıxış və elmi fəaliyyət hüquqlarının ayrılması təklif olunub.
Qeyd edək ki, mövcud qaydalara görə Təhsil Nazirliyinin verdiyi şəhadətnamə ilə xarici ali təhsil sənədlərinin tanınması zamanı həm elmi fəaliyyət (magistr, doktorant səviyyəsində fəaliyyət göstərmək hüququ), həm də əmək bazarına çıxış hüququ verilir. Lissabon Konvensiyasına görə, isə bu iki sənəd ayrı olmalıdır. /apa/
Digər xəbərlər:
Şərhlər




