Xanım baş redaktor həbs olundu- Narkotik satmaqda ittiham olunur
02.05.2019 463 0.0 0

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Qazeta.info bildirir ki, Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar