Xalq artistlərinin barışığı baş tutdu
25.08.2015 674 0.0 0

"Jurnalistlər sensasiya axtarır, biz artıq bu məsələni yoluna qoymuşuq. Yazın ki, barışdılar, qurtardı getdi". Bu sözlər həmkarı Ramiz Novruz tərəfindən təhqir olunan və yumruqlanan Ramiz Məlikə məxsusdur.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Ramiz Məlik, həmkarı Ramiz Novruzun üzrxahlığını qəbul edib. 

Ramiz Məlik açıqlamasında belə deyib: "Mən ağsaqqallıq elədim, Ramiz Novruzun mədəniyyətdən, tərbiyədən kənar sözlərini onun özünə qaytarmaq şərtilə bağışladım. Mənə qarşı işlətdiyi bütün nalayiq ifadələri etiraf etdi və dediklərini özünə götürdü. Dedi ki, dəfələrlə üzr istəyirəm. Mən də indi polis bölməsindən gəlirəm. Kollektiv qarşısında məndən üzr istədi. Mən onu teatr kollektivinə, teatın imicinə və uşaqlarına görə bağışladım".

Ramiz Novruz  açıqlamasında səhvini anladığını və Ramiz Məlikdən üzr istəməyə hazır olduğunu söylədi.

Xalq artistləri arasında insident avqustun 23-də yaşanmışdı. Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzla Ramiz Məlik arasında mübahisə düşüb. Əsəblərinə hakim olmayan Ramiz Novruz Ramiz Məliki yumruqlayıb. Bütün bunlardan sonra R.Məlik zərərçəkən qismində Yasamal Rayon 27-ci Polis Bölməsinə müraciət edib. 

Akademik Milli Dram Teatrının aktyorları, xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş vermiş əlbəyaxa davanın təfərrüatları barədə ölkə.az yazıb. Şahidlərin sözlərinə görə, iki aktyor arasında münasibətlər Gümrah Ömərin qalmaqallı müsahibəsindən sonra gərginləşib. Belə ki, Ramiz Məlikin Gümrah Öməri tənqid etməsinə qarşı çıxan R.Novruz aktyor həmkarına sərt cavab verib. Dünən isə bir qrup aktyor teatrın həyətindəki "besedka"da söhbətləşirmişlər. Ramiz Məlik oranı tərk edərkən həmkarı ona yaxınlaşıb və hər şey də bundan sonra baş verib:
"Ramiz Məlik oradan uzaqlaşanda Ramiz Novruz onun qabağını kəsib dedi ki, səninlə işim var. Ramiz Məlik də razılaşdı. Bu arada onlar arasında mübahisə yarandı və Ramiz Novruz onu təhqir etməyə başladı. Ramiz Məlik soruşdu ki, bu sözləri mənə deyirsən? Ramiz Novruz yenə ona dedi ki, sənin arvadını, ailəni...Bundan sonra Ramiz Məlik eyni sözləri ona dedi və ortalıq qarışdı. Ramiz Novruz Ramiz Məlikə zərbə endirdi və oradakı aktyorların köməyi ilə vəziyyəti sakitləşdirmək mümkün oldu. Amma Ramiz Novruz yenə də Ramiz Məlikin üstünə cumub onu vurmaq istəyirdi"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar