Xalq artistimizin adı ən məşhur adamların siyahısında (VİDEO)
07.08.2015 690 0.0 0

Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görülüb. Fidan və Xuraman bacılarının səsinin sehri təkcə Azərbaycanda yox dünyanın müxtəlif ölkələrində eşdilir və sevilir. Sevilməklə yanaşı həm də qiymətləndirilir. 

Fidan Qasımovanın sənəti bu dəfə Böyük Britaniyada yüksək qiymətləndirilib. İngiltərənin paytaxtı Londonda 100 il tarixi olan “Beynəlxalq Lüğət” adlı kitaba xalq artistinin də adı yazılacaq, 6000-dən çox insanın bioqrafiyasının yer aldığı tarixi nəşrdə budan sonra azərbaycanlı sənətçinin də bioqrafiyasına da rast gəlmək olacaq. 

Azərbayacanlı sənətçinin adının yer alacağı kitab 38-ci nəşrdir. Onun adının bu sıraya salınmasının təşəbbüskarı isə İnternational Biografial Certificate-nin (Böyük Beynalxalq Bioqrafiya Mərkəzi) direktoru Nicolas Lou olub. 

Bu təkcə ifaçı üçün yox, eləcədə bütün Azərbaycan üçün böyük uğurdur/anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar