Xallı bananın bilinməyən faydaları
22.09.2016 692 0.0 0

Tərkibindəki kaliuma görə banan, xallı və yetişmiş olanda daha çox faydalı olur.
Bananın saçların qayğısına qalmaqdan başlayaraq, həzm sistemi sağlamlığına qədər bədənimizə bir çox faydası vardır. Bəs hansı banan daha sağlamdır?
 
Mütəxəssislər xallı bananın daha xeyirli olduğunu söyləyirlər, çünki nə qədər xal çox olsa, bir o qədər antixərçəng-antioksidantın olması deməkdir.
 
Deyerler.org-a istinadən bildirilir ki, şirin dadı, gözəl ətri, asan əriməsi üstünlüyü ilə hər yaş qrupu tərəfindən çox sevilən banan sağlam kalium mənbəyidir. O, təzyiqi salma, qəlbi aritmiyalardan qoruma, əzələ gücsüzlüyünü azaltma kimi faydaları ilə bərabər güclü sümük quruluşunu da təmin edir. Çünki güclü bir skelet sisteminə malik olmaq yalnız kalsium və D vitamini ilə bağlı deyil.
Sağlam sümük quruluşu üçün bədənimizin kaliuma da ehtiyacı vardır, bu səbəbdən də kaliumla zəngin bir meyvə olan banan bizim üçün əla seçimdir.
 
Xoşbəxtlik meyvəsi deyə bilinən banan stressə qarşı da yaxşı vasitədir. Səhər yeməyinin günün ən mühüm qidası olmasına baxmayaraq, intensiv iş günlərində tələsmədən ac qarına evdən çıxmaq əvəzinə bir ədəd balaca banan yemək sizin daha kefli, stressiz və sakit bir gün keçirməyinizə köməkçi olacaq.


Lif baxımından əhəmiyyətli bir meyvə olan banan bağırsaq funksiyalarını tarazlaşdıraraq, qəbizliyə qarşı da yaxşı təsir edir. Bağırsağın probiotik gücünü də artıraraq immunitet sisteminə dəstək olur. /lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar