Xəzərdə ehtiyatsızlıq, yoxsa təxribat? (FOTO)
06.12.2015 570 0.0 0

“Xəzər dənizində baş verən faciədə terror və təxribatın olma ehtimalı sıfıra bərabərdir. Amma hər şeyi küləyin üzərinə atmaq lazım deyil. Burada təhlükəsizlik qaydaları pozulub”. 

Qazeta.info bildirir ki, bu sözləri ANS PRESS-ə açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, qasırğa və güclü qar olduğu vaxt fövqəladə hallara hazırlıq barədə bütün idarələrə telefonaqramma göndərilir.

“Mən belə bir xəbərdarlığın edilmədiyinə inanmıram. Amma həmin platformada qasırğaya hazır olublarmı? Ümumiyyətlə, platformalarda təhlükəli vəziyyətlərdə dənizə düşən zaman qorunmaq üçün təhlükəsizlik jiletləri olub. İşçilər təhlükəsizlik jiletlərini geyiniblərmi? Bu sualların hər biri araşdırılmalıdır”, deyə M.Qəhəmanlı bildirib. 

 


Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri, hüquq müdafiəçisi 


Hüquq müdafiəçisi daha sonra Sovet dövründə platformalar və əlahiddə özüllər ətrafında keşikçi gəmilər növbə tuturduğunu xatırladaraq, “Hazırda BP şirkətinin də belə gəmiləri var. Amma bizdə balaca yük daşıyan gəmilərdir. Bizdə Dövlət Neft Şirkətinin tərkibindən donanma çıxarılıb. Bu səbəbdən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "British Petroleum" un (BP) gəmilərindən istifadə etməli olur. Mənim aldığım məlumatlar əsasında ümumiləşdirdiyim rəy belədir ki, qəzaya hazırlıqda və insaların təxliyə olunmasında məsuliyyətsizlik olub”. deyə qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar