Xəstəxanaya hücum oldu , ölən var
29.08.2015 543 0.0 0

PKK Dövlət Xəstəxanasına hücum edib, 2 polis şəhid olub.

Məlumata görə, PPK terrorçuları Türkiyənin Şanlıurfa vilayətində Balıklıgöl Dövlət Xəstəxanasına hücum edib.

Hadisə nəticəsində xəstəxanada xidməti vəzifəsini yerinə yetirən iki polis ağır yaralanıb. Onlara xəstəxanada ilkin müdaxilə edilib. Daha sonra yaralanan polislərdən biri Harran Universitetinin Araşdırma və Tətbiq Xəstəxanasına, digəri isə Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. 

 


Hücuma məruz qalan xəstəxana


Şırnakın İlçə rayonunda polis bölməsinə də hücum olunub. Polislərin verdiyi məlumata görə, basqın raket atan və uzun çarplı silahlarla həyata keçirilib. 

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Silahlılar hadisədən sonra ərazini tərk edə biliblər. Hal-hazırda onların tutulması üzrə əməliyyatlar aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar