Xəstəxanada ölən kişinin yaxınları axtarılır-FOTO
13.07.2019 180 0.0 0

İyunun 30-da Səbail rayonu ərazisindən yıxılaraq kəllə-beyin travması almış 55-60 yaşlı kişinin xəstəxanaya gətirilməsi barədə 39-cu Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, huşsuz vəziyyətdə olduğundan həmin şəxsin dindirilməsi mümkün olmayıb. İyulun 11-də isə o, vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02; (012) 437-02-02 şəhər və (050) 636-60-60; (055) 285-40-04 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur./Trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar