WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir
13.02.2018 807 0.0 0

1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə “WhatsApp” şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, WhatsApp-ın populyarlığı bu proqramın etibarlılığı və sadəliyi ilə bağlıdır.

 

Arora xatırladıb ki, WhatsApp istifadəçilər arasındakı ünsiyyəti "end-to-end " üsulu ilə şifrələyir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar