Whatsapp-dan daha bir «bomba»
08.04.2015 688 0.0 0

Facebook-a Whatsapp düyməsi gəlir. Məlumata görə, Facebook-un Whatsapp-ı 22 milyard dollara satın alması ilə birlikdə ən böyük mesajlaşma xidməti artıq sosial şəbəkənin nəzdinə daxil olub. 

Facebook-un yenilənməsi gözlənilən v31.0.0.7.13 versiyası ilə artıq Whatsapp ilə birbaşa bağlantı əldə ediləcək. Yəni sosial şəbəkəyə daxil olanlar həm də eyni anda Whatsapp mesajları göndərə biləcəklər. 

Paylaş düyməsinin yanında “WhatsApp-a göndər" seçimi yerləşdiriləcək. Bu hələlik beta versiyalarda yer alıb. Bir müddət sonra sistem tam şəkildə İOS və Android platformlarındakı Facebook tədbiqinin yenilənməsi ilə işə düşəcək. 

Qeyd edək ki, Facebook Whatsapp-ı satın aldıqdan sonra bir neçə yenilik edib. Məsələn, göndərilən mesajları gördükdə qoşa göy xətt görünür, bundan başqa artıq mesajlaşma xidmətinə zəng funksiyası da daxil edilib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar