WhatsApp-da səhv tapıldı - Silinən mesajı oxumağın yolları - FOTO
17.11.2017 1273 0.0 0

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp-ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.

Qazeta.info Milli.az-a istinadla  xarici mətbuata istinadla xəbər verir ki, izləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.

Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.

"Biz WhatsApp-da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq. 

Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, "settings"dən "notification register"ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz".

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar