Vyana görüşü öncəsi neft bahalaşır
09.12.2016 791 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,69 dollar artaraq 50,46 dollar təşkil edib.
 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə 0,62 artaraq 53,62 dollar olub.

İki ticarət sessiyası ard-arda azalmaqda olan neftin qiymətində artım müşahidə olunur. Şənbə günü Vyanada OPEC-ə üzv olmayan 14 ölkənin nümayəndələri hasilatın azaldılması ilə bağlı danışıqlar aparacaq. Görüşdə sutkalıq hasilatın 600 min barrel azaldılmasına dair müzakirələrin aparılacağı gözlənilir. Rusiya artıq sutkalıq hasilatı 300 min barrel azaldacağına söz verib. Oman da hasilatı azaltmağa hazır olduğunu bildirib.

 

Azərbaycan nefti cüzi ucuzlaşıb.

 

Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,04 dollar və ya 0,07 azalaraq 54,43 dollar təşkil edib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar