Vüsalə Əlizadə-«Tanınmış müğənnidən evlilik təklifi almışam »
14.04.2015 893 0.0 0

Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Məlumata görə o, evlilik təklifləri aldığını etiraf edib:

 

“Hər bir qadına ailə lazımdır. Mənə də evlilik təklifi edən insanlar çoxdur.

Onlar arasında sənət adamları da var. Hətta tanınmış bir müğənnidən

evlilik təklifi almışam. Ailə mövzusu ciddidir. Müəyyən səhvlərə yol

verməmək üçün düşünməliyəm. İkinci dəfə ailə qurmağa normal baxıram.

Yenidən nikaha oturmağımı isə zaman göstərəcək”.
 

Yeni ""Qadına görə" verilişindən söz açan V.Əlizadə onun gecikmə

səbəbini açıqlayıb:
 

“Öyrəşmişik ki, mövsüm sonunda bütün verilişlər bağlanır. Biz isə

fərqlilik edəcəyik. Mənim təqdim edəcəyim qadınlarla bağlı verilişin

bənzəri heç dünyada da yoxdur. Televiziya sahəsində bəlli bir təcrübəyə

sahibəm. İndi telekanallarda biabırçılıqdır. Efirə qəribə görünüşdə çıxırlar.

Tamaşaçı bir müddət görünüşə baxıb simadan yorulur. Aparıcı da

izlənmədiyini görüb gedir göünüşündə dəyişiklik edir, silikonlar qoydurur.

Mən isə səsimlə, danışığımla sevilmişəm. Ucqar bir kəndə gedirəm,

insanlar üstümə qaçır. Bu, sevildiyimin göstəricisidir. Simamı görmədən

belə tamaşaçı mənə qulaq asacaq. Aparıcının gərək danışıq qabiliyyəti

olsun. Alnıaçıq deyirəm, tamaşaçının sevdiyi, tələb etdiyi aparıcıyam.

Efirdə söz qıtlığı yaşamıram. Hər mövzu ətrafında danışmaq qabiliyyətim

var”.
 

Aparıcı toy dəvətlərindən də danışıb:
 

“Seçim etməyi sevənlərdənəm. Pul xatirinə nə təklif gəldi, razılaşmıram.

Hətta rayon toylarına da dəvətlər alıram. Məclislərdə aparıcılıq edən

həmkarlarıma pis baxmıram. Tamaşaçı elə bilir ki, biz milyonçuyuq. Efir

adamları sıravi insanlardan da az maaş alır. Gündəmdə olan adamlarıq,

gəlirimiz geyimə, saç düzümünə və makiyaja gedir. Biz də əlavə gəlir kimi

toylardan qazanırıq”./axsam.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar