Vurduğu piyadanı xəstəxanaya qoyub qayıdan sürücü başqa piyadanı vurdu
05.12.2015 1028 0.0 0

 Bərdə şəhərində sürücü idarə etdiyi avtomobillə iki piyadanı eyni gündə vurub. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verilən xəbərə görə, Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub. R.Malıyev avtomobilində yaralını xəstəxanaya apardıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurub.

R.Hacıyev xəstəxanaya yerləşdirilib.

S.Ağayev isə xəstəxanada ölüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar