Volodimir Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb
01.03.2022 484 0.0 0

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, dövlət başçısı feysbuk vasitəsilə xalqa videomüraciətində bildirib ki, Ukrayna Silahlı Qüvvələri indiyədək 6 minə yaxın Rusiya hərbçisini məhv edib, 200 nəfəri əsir götürüb.

Onun sözlərinə görə, Rusiya real itkilərini gizlədir.

“Ukraynanın Xarkov şəhərindəki Azadlıq meydanına zərbə endirdikdən sonra Rusiya terrorçu dövlətdir. Xarkov və Kiyev indi Rusiya üçün daha vacib hədəfdir. Bizi sındırmaq, müqavimətimizi qırmaq üçün terror törədirlər. Onlar bizim paytaxtımıza doğru hərəkət etdikləri kimi Xarkova da girməyə çalışırlar. Ona görə də paytaxtın müdafiəsi dövlətimiz üçün başlıca məsələdir”, - V.Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də Rusiya qoşunları Xarkovda mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar