Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib
12.09.2016 1505 0.0 0

Prezident Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarını təbrik edib.
 
Məlumata görə, dövlət başçısının saytında yerləşdirilən təbrikdə V. Putin qeyd edib ki, bu nurlu bayram əsrlər boyu müsəlmanların həyatında böyük rol oynayıb.
 
"Bu bayram insanların yaxınlaşmasına, onların İslami dəyərlərə, qədim tarixə, ənənələrə və əcdadlarının irsinə hörmət və qayğı ilə yanaşmaq ruhunda tərbiyəsinə xidmət edir", - deyə təbrikdə vurğulanır.
 
V. Putin bildirib ki, Rusiya müsəlmanları dini ənənələrini əziz tutur, bayramı geniş miqyasda qeyd edirlər: "Rusiyanın müsəlman icması ölkənin həyatında aktiv iştirak edir, gənclərin tərbiyəsinə, dinlər və millətlərarası dialoqun inkişafına töhfəsini verir".
 
Qeyd edək ki, bayram münasibətilə Rusiya ərazisindəki məscidlərdə ibadətlər təşkil olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar