Vladimir Putin: Rusiya ilə ultimatum dilində danışmaq olmaz
19.06.2015 592 0.0 0

"İstəyirik ki, milli maraqlarımız nəzərə alınsın"

Rusiya ilə ultimatum dilində danışmaq olmaz. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışında bildirib.
 
Putin Rusiyanın milli maraqlarının nəzərə alınmasını istədiyini söyləyib: "ABŞ imkan verməlidir ki, Rusiya özü öz maraqlarını və tələbatlarını müəyyən etsin. ABŞ daxili işlərimizə qarışaraq Rusiyaya nəyin lazım olduğunu müəyyən etməyə cəhd edir. İcazə verin öz maraqlarımızı, tələbatlarımızı özümüz müəyyən edək. Bizimlə ultimatum dilində danışmaq lazım deyil. İstəyirik ki, milli maraqlarımız nəzərə alınsın"./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar