Vladimir Putin: `Dünyada dollara inam azalır`
07.06.2019 588 0.0 0

"Dünyada dollara inam azalır".

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən deyib.

V.Putinin sözlərinə görə, bunda elə ABŞ hökumətinin özü günahkardır.

O, dolların dünyadakı rolunu yenidən nəzərdən keçirməyə çağırıb.

"Bu dərin dəyişikliklər beynəlxalq maliyyə qurumlarının uyğunlaşmasını, dolların rolunun təkrar nəzərdən keçirilməsini tələb edir. Beynəlxalq ehtiyat valyutası olan dollar indi emitent-ölkənin dünyanın digər ölkələrinə təzyiq vasitəsi halına gəlib", - o bildirib.

Rusiya dövlət başçısı həmçinin hazırda regional valyutaların rolunun artdığını vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar