Vergi rüsumları azaldıla bilər
30.03.2016 555 0.0 0

“Biz gömrük orqanı olaraq Azərbaycanda istehsal sahələrinin daha da artırılması ilə bağlı təkliflərimizi hazırlamışıq”. Məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Gömrük Komitəsinin sədri Aydın Əliyev dedi. O həmçinin bildirdi ki,  vergi dərəcələrinin daxili istehsalı qoruması,  artırması və yeni iş yerlərinin açılması ilə bağlı təkliflər hazırlanıb.


Gömrük Komitəsi həmçinin Azərbaycanda baş verən iqtisadi proseslərə toxundu. Aydın Əliyev bildirdi ki, qlobal iqtisadi böhran və neftin qiymətinin azalması ilə əlaqədar gömrük orqanları qarşısında konkret vəzifələr durur.

 "Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının daha da zənginləşdirilməsi və qeyri-neft sektorunun  daha da inkişaf etdirilməsi ilə bağlı bizim qarşımızda tapşırıqlar qoyulub. Elə bu səbəbdən də gömrük prosedurları sadələşdirilib. Gömrük Komitəsi bəzi yerli istehsal olan malların vergi rüsumundan azad olunması, bəzi vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayıb. Həmin təkliflər hökumətə təqdim edilib"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar