Venesuela prezidenti özünü İosif Stalinə bənzədib
18.09.2017 664 0.0 0

Venesuela prezidenti Nikolas Maduro özünü zahirən İosif Stalinə bənzədib. 

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verilir. 

"Dünyada bəzi insanlar məni Karib regionunun Stalini hesab edirlər, mən ona oxşayıram. Onun profilinə nəzər salın, mən güzgüyə baxanda Stalinlə oxşarlığı görürəm", - N.Maduro VTV telekanalında bazar günü yayımlanan televiziya verilişi zamanı deyib.

N.Maduro iyulda qırmızı beret taxaraq özünü İraqın sabiq prezidenti Səddam Hüseynlə müqayisə edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar