Venesuela prezidenti müsəlman qubernatoru vitse-prezident təyin edib
05.01.2017 437 0.0 0

Venesuela prezidenti Nikolas Maduro hökumətdə aparılan dəyişikliklər çərçivəsində druz təriqətinin tərəfdarı olan müsəlman qubernator Tarik əl-Aysammini özünə vitse-prezident təyin edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hökumətdə dəyişikliklər prezident N.Maduronun istefası haqqında referendum ərəfəsində keçirilir. Referendum uğurlu olarsa, T.Əl-Aysammi ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, bu təyinata qədər Tarik əl-Aysammi Araqua vilayətinin qubernatoru vəzifəsini yerinə yetirib.

Bundan başqa, N.Maduro Ramon Lobonu yeni iqtisadiyyat və maliyyə naziri təyin edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar