Vaxtından əvvəl I sinfə qəbulun vaxtı açıqlanıb
24.02.2016 507 0.0 0

 Hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Nazirlikdən qeyd olunub ki, uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir. Məlumatda əlavə edilib ki, bununla belə, müəyyən hallarla əlaqədar Bakı şəhəri üzrə ərizələrin qəbulu və uşaqların seçim vaxtında dəyişiklik ola bilər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar