Vatsapda YENİ FUNKSİYA
18.08.2017 906 0.0 0

Vatsap şəbəkəsi fəaliyyət sahəsini genişləndirməyə davam edir.

Məlumata görə, artıq vatsapda 100 mb limit ölçüsündə istənilən formatda fayl (foto,video,doc) göndərmək olar. Bu funksiya həm iOS, həm də Android sistemli smartfonlarda aktivləşdirilib.

Göndərilən faylların keyfiyyət dərəcəsinin itməsi və orijinal ölçülərinin kiçilməsindən şikayət edən şəbəkə istifadəçilərini sevindirən şəbəkə rəhbərliyi qarşıda bir çox yeni funksiyaların da istifadəyə veriləcəyini bildirib.

Yeni tətbiqlərin sınaq müddəti davam edir. Sistemdə heç bir texniki problem yaşanmazsa, tezliklə bir neçə yeni funksiya da istifadəçilərin xidmətinə veriləcək./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar