Vasif Talıbov Naxçıvan Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb
05.02.2016 451 0.0 0

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb
 
Məlumata görə, bununla bağıl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman verib. Dəyişiklik Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların məlumat reyestrində qeydiyyata alınmadan dövlət qurumlarının sahibkarlıq subyektlərində yoxlamalar aparmasının qarşısını almaq məqsədi daşıyır. Dəyişikliyə əsasən Ədliyyə Nazirliyinə yoxlamaların məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması, habelə yoxlamaların məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı inzibati xətanın əlamətlərini müəyyən etdikdə inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək səlahiyyəti verilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar