«Vətənimiz evimizdir» adlı layihəsi uğurla başa çatıb
27.11.2015 476 0.0 0

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fəal gənc  Hüseynov Teymur Mirzəcan oğlu tərəfindən  Göyçay rayonunda  həyata keçirdiyi "Vətənimiz evimizdir"  adlı layihəsi uğurla başa çatmışdır.Layihənin məqsədi gənclər arasında ekologiyanın  qorunması istiqamətində fəaliyyətlərin təşkili, ekoloji çirklənməyə qarşı maarifləndirmə işinin aparılması və gənclərin asudə vaxtının səmərəli keçirməsinə nail olmaqdır.

Təlimlər zamanı gənclərə maarifləndirici ekologiya ilə bağlı  bukletler paylanılmışdır.Layihə vasitəsi ilə maarifləndirmə işlərinin aparılması, gənclərin gələcəkdə ekologiyanın qorunması istiqamətində marağlarının artmasına,onlarda ekologiyanın qorunmaq üçün informasıya bazasının yaranmasına,ekologiya haqqında yeni fikirlərin formalaşmasına və digər gənclərində faydalanmaq şansının artmasına  səbəb olacaqdır.

Layihə rəhbəri Hüseynov Teymur qeyd etmişdir ki, ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra 

alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.Layihədə ümumilikdə 35 nəfərdən çox gənc bir başa iştirakçı olmuşdur.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar