Vətəndaş «Azəryolservis» ASC-yə etiraz olaraq aclığa başladı-Foto
04.06.2015 679 0.0 0

Ötən günlərdə Qazeta.info -ya məktub ünvanlayan  Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı  yenidən saytımıza  məktub ünvanlayaraq "Azəryolservis" ASC ilə aralarında yaranan narazılığa etiraz olaraq  ölüm aclığına başladığını bəyan edib. Saytımıza daxil olan məktubda deyilir:  " Özbaşınalığa Etiraz olaraq Ölüm Aclığına Başladım."Azəryolservis" ASC-nin özbaşınalığına etiraz olaraq axşamdan aclıq aksiyasına başlamışıq.Əgər ölərəmsə bunun məsuliyyəti onların üzərinə düşəcək.Dünən gəlib dedilər ki, razı olsanda, olmasanda 17000 manat kompensasiya veririk və əmlakınıda sökürük . Bu Allahsızlıq və özbaşınalıqdır.8 nəfərlik  ailənin acından ölməsinə dözə bilmərəm.Buna görə də bu harınların qanunsuz əmələrinə, özbaşınalıqlarına etiraz olaraq aclıq aksiyasına başlamışam.İki gündür mətbuatda  "Azəryolservis" ASC yalandan açıqlama verir ki, guya bizə məxsus yük avtomobillərinin sexinin yolu düzəldiləcək və iş fəaliyyətimiz bərpa ediləcək.Mən dünən çıxışımda bildirmişdim ki, "Azəryolservis" yalan məlumat verməklə ictimaiyyəti və Prezidenti aldadır.Yenə ümüdümü üzməmişəm Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirəm.Sizdən xahiş edirəm bu azğınlaşmış vəzifəli şəxslərin barəsində tədbir görün.70.000 manatdan çox qiyməti olan 8 nəfərlik ailəmin iş, çörək yerinə 17000 manat verib məhv edilməsinin bir adı var vandalizm. Bütün mətbuat nümayəndələrini gəlib bu özbaşınalığı gözləri ilə görmələrini xahiş edirəm.Allah xatirinə bizə kömək edin. "                                                                                                        Xatırladım ki, Ucar sakini ötən günlərdə , Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə  qanunu  sənədlərlə mülkiyyətində olan yük avtomaşınlarının təmiri sexinini fəaliyyəti qanunsuz olaraq dayandırıldığını qeyd etmişdi.Həmin şikayət məktubunda qeyd olunurdu ki, "Həmin sexə gedən yol bağlanılıb  deyə bir ildir  işləmir.1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini  alıb  sənədlə qanunu qaydada sex tikdirdi.Həyat yoldaşım və öğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik.2011-ci il tarixdə həyat yoldaşım böyrək dializi xəstəliyindən dünyasını dəyişdi.Həyat yoldaşım xəstə olan vaxt avtomobil təmiri sexini satıb onun müalicəsinə xərcləmək istəyəndə o xəstəliyinin sağalmayacağını bilib buna icazə vermədi ki, bu sex 8 nəfərlik  ailəmin daimi iş, çörək yeridir. İndi isə "Azəryolservis" ASC haqqı-halal qnunu mülkiyyətimizi əlimizdən alır.Həmin sexə gedən yolu tikintiyə görə 1-ildir bağlayıb bizim ailəni işsiz çörəksiz qoyublar.Biz buna görə Ucar Rayon İcra Hakimiyəti başçısının qəbulunda olub şikayətimizi etdik.İcra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin  Azər adl məsul vəzifəli əməkdaşı gəlib bizə 17000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib sexinizin fəaliyyətini bərpa edərsiniz. "

Daha sonra qeyd edilir ki, "31 may 2015-ci il tarixdə isə"Azəryolservis" Asc-nin  Azər adl əməkdaşı gəlib bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra  sexlərini açıb  işləyərlər".  Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq.Ona görə ki, körpünün yamacı bizim sexin 4 metrliyindən keçirki  2 metr hündürlükdədir, belə olanda sexə nəinki yük avtomobilləri, heç kiçik maşınlarda gələ bilməyəcək. 2 metr hündür olan körpünün yamacında yerləşən sexdə işləmək özü çox təhlükəlidir.Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil. Bunun əlacı isə düzgün kompensasiyamızı versinlər ki, seximizi həm  bir neçə metr arxaya çəkib həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis"  ASC isə bizə hədə qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyirlər. Mən artıq rəsmi qaydada şikayət ərizələri ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya,  Nəqliyyat Naziri Ziya Məmmədova  və  "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədova müraciət etmişəm."

 

Qazeta.info bildirir ki, yazıda adı  hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzu ilə əlaqədar əvvəlki yazı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

http://qazeta.info/news/az_ryolservis_asc_8_n_f_rlik_ail_ni_cor_ksiz_qoyub_fotolar/2015-06-01-4521


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar