Vəhabi krala gözlənilməz dəvət
20.04.2015 797 0.0 0

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdel Əzizi Rusiyaya dəvət edib.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Putin Səudiyyə Ərəbistanı kralını Rusiyaya rəsmi səfərə dəvət edib", - deyə xəbərdə bildirilir.

Bildirilir ki, liderlər arasında danışıq Səudiyyə kralının təşəbbüsü ilə baş tutub.

"Hər iki lider Rusiya və Səudiyyə Ərəbistanı arasında regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə hazır olduqlarını bəyan edib. Bundan başqa iki ölkə lideri gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi haqda fikir mübadiləsi aparıb", - deyə Kremlin məlumatında bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar