Uzun ömürlü olmaq üçün 6 TÖVSİYƏ
20.10.2016 643 0.0 0

Bizim sağlamlığımız yediklərimizdən çox asılıdır. Aparılan tədqiqatlar göstərir ki, yediklərimizin ömrümüzün uzun və ya qısa olmasına birbaşa təsiri vardır. Ona görə də hər bir həkim sağlam qidalanmağa xüsusi əhəmiyyət verir. Bu tövsiyələr zahirdə çox sadə görünür, ancaq əmələ gələndə çox az insan bu sağlam qida rejiminə riayət edir.

Elmi cəhətdən sübut edilmiş 6 məqama riayət olunarsa, həyatınız sağlam olar və ömrünüz uzanar. deyerler.org-a istinadən həmin 6 tövsiyəni təqdim edilir.

 

1. Hər gün Omeqa-3 qəbul edin.

 

Omeqa-3 faydalı yağlardandır ki, fövqəladə təsirə malikdir. Hər bir insan gündə bu yağdan kifayət qədər qəbul edə bilər. Bu yağların təsiri altında qanda olan xolesterin aşağı düşər və bədən hüceyrələrinin fəaliyyəti nizamlanar. Bundan başqa, Omeqa-3 bədəndə olan iltihablarla mübarizə aparar, xərçəng, ürək xəstəlikləri kimi xəstəliklərin riskini aşağı salar. Həkimlərin bəzisi bu yağı qocalıq əleyhinə olan yağ adlandırırlar.

Ən yaxşı qida balıq yeməkləridir ki, tərkibində bu faydalı yağları daşıyır. Bu maddə beyni qocalmaqdan qoruyur. Balıqdan başqa bu yağ qozda, soyada və ispanaqda vardır.

 

2. Antioksidantlardan qafil olmayın.

 

Maddələr mübadiləsi olmazsa, bədən ölər. Ancaq maddələr mübadiləsi bədənə lazımlı maddələrlə yanaşı, zərərli maddələr də verir. Ona görə də biz bu zərərli maddələri bədənimizdən çıxartmaq və onları zərərsizləşdirmək üçün antioksidantlardan istifadə etməliyik. Bu maddə adətən xoş rəngli meyvələrdə və tərəvəzlərdə çox olur. Meyvə və tərəvəzin rəngi hər nə qədər tünd olarsa, orada daha çox antioksidant olar. Ona görə də gün ərzində ən azı üç fərqli rəngdə olan meyvə və tərəvəz yeməyə çalışın.

 

3. Fibr (lifli qidalar) qəbul edin.

 

Fibr insan bədənində möcüzələr yaradar. Həmçinin xərçəng xəstəliyi qarşısında güclü silahdır. Qandakı şəkərin səviyyəsini sabit saxlayar. Ürəyin sağlam olması üçün də mühüm maddədir. Bunun üçün çalışın ki, gün ərzində lifləri çox olan meyvə və tərəvəz yeyəsiniz. Hər on qram fibr 17% ürək xəstəlikləri riskini aşağı salar. Meyvə və tərəvəzdən başqa mərcidə, noxudda və arpada da fibrlər zəngindir.

 

4. Az kalorili yeməklər yeyin.

 

Tədqiqatlar göstərir ki, uzun yaşamaq istəyirsinizsə, gərək kalorisi az olan yeməklərə üstünlük verəsiniz. Ona görə də yediyiniz sağlam yemək olmaldır, "fast-food"lara əlvida deyin. Yeyən zaman da ifrata varmayın. Aclığınızın keçdiyini hiss edirəndə yeməkdən əl çəkin. Elə yemək yeməyin ki, sonradan mədəniz ağrısın və ağırlıq etsin. Yeməkdə ifrata varmamağın ən yaxşı yolu yavaş yeməkdir. Yeyən zaman tələsməyin və rahat olun.

 

5. Sağlam yağlardan istifadə edin.

 

Yağlar gündəlik aldığınız kalorinin 25%-ni təşkil edir və əgər sağlam olmazsa, qandakı xolesterini qaldırır. Sağlam yağlar püstədə, badamda, avakadoda, zeytun yağında olur.

 

6. Protein yeyin, ancaq az yağlı.

 

Protein insan sağlamlığında həyati rola malikdir. Protein alınmalıdır ki, bədən sağlam olsun. Protein hüceyrələrin fəaliyyəti üçün lazım olan zəruri maddələrdəndir. Mütəxəssislərin nəzərinə görə, hər bir insan gün ərzində 30 kalori protein yeməlidir, ancaq az yağlı olanından. Əgər gün ərzində almalı olduğunuz kalori 1600 olarsa, protein təxminən 120 qram olmalıdır. Protein qırmızı olmayan ətdə, yağsız süddə, yumurtanın ağında və lobyada olur./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar