Usubov Milli Qəhrəmanın oğlunu rəis təyin etdi
02.09.2016 1804 0.0 0

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

 

Report-un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

 

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.

 

22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

 

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.


Digər xəbərlər:
Şərhlər
avatar