UNESCO-nun baş direktoru Azərbaycan prezidentinə təşəkkür edib
16.11.2016 564 0.0 0

"Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, media sahəsində belə təşəbbüslərlə çıxış edir".
 
 
Məlumata görə, bunu  bu gün UNESCO-nun baş direktoru İrina Bokova Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində səslənən vide-müraciətində bildirib.
 
 
Jurnalistikanın dünyada missiyasından danışan UNESCO baş katibi Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) fəaliyyətini mühüm sayıb: "Biz ifadə azadlığının möhkəmləndirilməsi, keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi üçün birgə işləyəcəyimizə inanırıq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar