Ülkəri vuranlardan biri tutuldu
18.03.2015 762 0.0 0

Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

İclas hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilib. Təqsirləndirilən qardaşlardan biri - Zaur Məmmədov barəsində həbs qətiimkan tədbiri seçilib. Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb. 

Protestə baxılmasına dünən başlanılmış, lakin iclas bu günə kimi təxirə salınmışdı. 

Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Bakı şəhəri BPİ-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilib. Onlar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib.

Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş- Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad edilmişlər.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, Bakı şəhər Prokurorluğu Xətai rayon Məhkəməsinin qeyd edilən qərarından apelyasiya protesti verib. Dünən apelyasiya məhkəməsi keçirilib. Məhkəmə bu günə təxirə salınıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar