Ukraynanın Dnepr şəhərində partlayış baş verib
01.12.2016 798 0.0 0

Ukraynanın Dnepr şəhərinin mərkəzində partlayış baş verib.

 

“112 Ukrayna” telekanalına istinadən verilən xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.

 

Hadisə yerinə gələn polis əməkdaşları və operativ-istintaq qrupu partlayışın səbəbini araşdırır. İlkin versiyaya əsasən, naməlum şəxs şəhərin mərkəzində yerləşən ofisə qumbara atıb.

 

Bundan sonra polisə “Vavilon” ticarət mərkəzinə mina qoyulması barədə zəng daxil olub. Hadisə yerində polis və xilasedicilər işləyir.  Təhlükə ilə əlaqədar müvafiq təxliyə tədbirləri görülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar