Ukraynanın baş naziri istefa verib - VİDEO
29.08.2019 519 0.0 0

Ukraynanın baş naziri Vladimir Qroysman hökumət başçısı vəzifəsindən istefa verib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsindəki videomüraciətində bildirib.

Vladimir Qroysman xələfinə güc və səbir arzulayıb. Siyasətçi vurğulayıb ki, hökumətin işi və ukraynalıların həyatı Ukraynanın gələcək baş nazirindən asılı olacaq.

"Mən böyük dövlətimizin müvəffəqiyyətinin qayğısına qalmağa davam edəcəm", - Qroysman deyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar