Ukraynadakı aztəminatlı ailələrə yardımlar göndərilib - FOTO
12.02.2022 289 0.0 0

"Ukraynada vilayətlərə göndərilən qutuların çatdırılması üçün müvafiq poçt ödənişini də həyata keçiririk ki, ərzağı qəbul edən soydaşlarımız çətinlik çəkməsinlər."

Qazeta.info xəbər veriri ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov bildirib.

 

 

H. Cavadov bildirib ki, artıq iki ildir ki, Ukraynanın müxtəlif vilayətlərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə hər ay hərəsində 30 kq müxtəlif növ ərzaq məmulatları olan qutular göndəririk. Bu aydan etibarən ərzaq dəstəyi verilən ailələrin sayı 200-ə çatdırılıb.

Xatırladaq ki, H.Cavadov layihənin Azərbaycan diasporunun rəhbərlərindən olan, Oktay Əfəndiyevin himayəsi və rəhbərliyilə, "Xaricdə soydaşlarına dəstək ol!" şüarı altında həyata keçirildiyini bildirib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar