Ukrayna yeni `Bayraktar` PUA-ları alıb
02.03.2022 111 0.0 0

Ukrayna yeni "Bayraktar" pilotsuz uçuş aparatları alıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb.

“Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Bu yardımı edən ölkələrin sayı da artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur.

Artıq Ukraynaya yeni "Bayraktar"lar gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”, - nazir bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar