Ukrayna təyyarəsi qəzaya düşdü
24.03.2015 645 0.0 0

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb. 

Məlumata görə, hadisə Kiyev vilayətinin Vasilkovski rayonunda baş verib. 

İlkin məlumatlara görə, təyyarə Lvovdan uçurmuş.

Qəza nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəza yerində hüquq-mühafizə orqanlarının və hərbi prokurorluğun əməkdaşları araşdırma aparır.

Yaxın saatlarda Ukrayna hökümətindən qəza ilə bağlı detallı açıqlama veriləcəyi gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar