Ukrayna prezidenti Baş prokurorluğa çağırılıb
17.09.2016 532 0.0 0

 Ukrayna prezidenti Petro Poroşenko Baş prokurorluğa çağırılıb.
 
APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Yuri Lutsenko bildirib.

Baş prokurorun sözlərinə görə, ölkə başçısı 2013-2014-cü illərdə baş verən Maydan hadisələrinə görə ifadə verəcək: "Biz prezidenti ifadə vermək üçün dəvət etmişik. Əldə olunan razılaşmaya görə, ölkə başçısı ezamiyyətdən qayıtdıqdan sonra müstəntiqlərimizlə görüşəcək".
 
Qeyd edək ki, sentyabrın 18-dən 21-dək Ukrayna prezidenti BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar