Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini qəzada ölüb
18.09.2016 554 0.0 0

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, bunu bu gün Ukrayna Polisinin təmsilçisi Yaroslav Trakalo açıqlayıb.
 
İlkin məlumata görə, A. Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.
 
Qeyd edək ki, A. Taranov  26 dekabr 2014-cü ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar