Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb
01.12.2016 693 0.0 0

Ukraynanın cənubunda raket təlimləri başlayıb.
 
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.
 
O bildirib ki, təlimlər beynəlxalq qanunvericilik normalarına uyğun keçirilir.
 
Krıjanovskinin sözlərinə görə, təlimlərdə orta məsafəli idarəolunan S-300 zenit raketləri sınaqdan keçirilir.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu təlimlərlə bağlı Ukrayna tərəfinə xəbərdarlıq edib. Bildirilib ki, raket atışları Krım yaxınlığında həyata keçirilsə, onlar məhv ediləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar