Ukrayna komandanlığı açıqlama yayıb
19.02.2015 750 0.0 0

Ukrayna ordusunun Baş komandanlığı bəyan edib ki, son günlər Debaltsevo şəhəri ətrafında gedən döyüşlərdə 22 hərbçi ölüb, 150 nəfər xəsarət alıb.

 

“İnterfaks”-ın verdiyi məlumata görə, bu barədə Donbasdakı antiterror əməliyyatının mətbuat xidməti açıqlama yayıb.

 

Qeyd olunur ki, hazırda Debaltsevodan 2 459 hərbi qulluqçu, həmçinin 200 ədəd texnika, o cümlədən 15 tank və 50 piyadaların zirehli maşını çıxarılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar