UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək
20.09.2017 667 0.0 0

2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Məlumata görə, bu qərar bu gün İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Bakıda final oyunu 2019-cu il mayın 29-da baş tutacaq.

Həmin mövsümdə Çempionlar Liqasının final oyununa iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionu ev sahibliyi edəcək.

2019-cu ildə UEFA Superkuboku oyunu isə avqustun 14-ü İstanbulun "Vodafon Park" stadionunda keçiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar